Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.12.2016

Sabunçuda “Dini ekstremizm: onun səbəbləri və aradan qaldırılması üsulları” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

Dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Sabunçu rayonu Bakıxanov qəsəbəsi “İmam Rza” məscidi dini icması tərəfindən “Dini ekstremizm: onun səbəbləri və aradan qaldırılması üsulları” layihəsi çərçivəsində ilk maarifləndirici tədbir keçirilib.
Sabunçu rayonu Bakıxanov qəsəbəsi “İmam Rza” məscidində keçirilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Novruz Nuriyev və Amal Məlikov, “İmam Rza” məscidi dini icmasının sədri və axundu Əmirxan Tahirov, Qafqaz Müsəlmanları İdarəsinin Sabunçu və Pirallahı rayonları üzrə qazısı, Nardaran qəsəbəsi “Rəhimə xanım ziyarətgahı” məscidi dini icmasının sədri və axundu Musa Qasımov məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Novruz Nuriyev dini radikalizm və ekstremizmin fəsadları, onunla mübarizə metodları ilə bağlı məruzə ilə çıxış edib. N.Nuriyev ölkəmizdəki dini müstəvidə sabitlik və əmin-amanlığın bundan sonra da dövlətimiz üçün siyasi baxımdan prioritet məsələ olduğunu vurğulayaraq, cəmiyyətimizin, xüsusilə, gənclərin radikal təsirlərdən qorunmasında vətəndaşlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Daha sonra “İmam Rza” məscidi dini icmasının sədri və axundu Əmirxan Tahirov, “Rəhimə xanım ziyarətgahı” məscidi dini icmasının sədri Musa Qasımov və tədbir iştirakçıları mövzu ilə bağlı öz fikirlərini bildiriblər.