20.06.2017
Sabunçu rayonunda maarifləndirici tədbir təşkil olunub
İyunun 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabunçu rayonu Sabunçu qəsəbə məscidi dini icması tərəfindən “İslam həmrəyliyi dünyanı sülhə aparan yol” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Mərasimdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, Sabunçu qəsəbə məscidi dini icmasının sədri və axundu Zahir Mehdiyev, dindarlar, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Z.Mehdiyev maarifləndirmə layihəsinin milli-mənəvi dəyərlərimizin təbliği işinə töhfə verəcəyini bildirib.
Daha sonra çıxış edən Sabunçu RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov rayonda dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər haqqında məlumat verib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev İslam həmrəyliyinin ölkəmizdə tarixən mövcud olduğunu diqqətə çatdırıb. Natiq 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin dünya ictimaiyyətinə sülh, birlik və qardaşlıq mesajı olduğunu bildirib.
Tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq həyata keçirilib.
.jpg)
.jpg)
.jpg)