Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.11.2016

Şabranda “Səmavi dinlərin uşaq hüquqlarına dair mülahizələri” adlı seminar-treninq təşkil olunub

Noyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi və Şabran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şabran şəhəri 3 saylı tam orta məktəbdə “Səmavi dinlərin uşaq hüquqlarına dair mülahizələri” adlı seminar – treninq keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini Fikrət Nuşiyev, 3 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fikrət Nuşiyev məruzəsində dövlət-din münasibətlərinə toxunub və qeyd edib ki, ölkə rəhbərliyinin din sahəsində apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan Respublikası dini baxımdan dünyada ən sabit və təhlükəsiz dövlətlərdəndir. O, Şabran rayonunda da dini sahədə həyata keçirilən tədbirlərdən söz açaraq insanların düzgün maariflənməsi sahəsində dindarların da üzərinə böyük məsuliyyətin düşdüyünü bildirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev geniş məruzə ilə çıxış edib və səmavi dinlərin heç birində insanları radikallığa, dinc əhaliyə, əsasən də uşaq, qadın və yaşlılara qarşı zorakılığa çağırışların olmadığını xüsusi vurğulayıb. O, məruzəsində Azərbaycanda uşaqlar üçün yaradılmış şəraitdən və onların müdafiəsi istiqamətində həyata keçirilən dövlət proqramlarına da toxunub.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.