15.11.2017
Şabranda maarifləndirmə tədbiri keçirilib
Noyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şabran rayonu Zeyvə kənd məscidi dini icması tərəfindən Ağalıq kənd tam orta məktəbində “Ənənəvi İslam dinində həmrəylik prinsipləri” adlı layihə çərçivəsində növbəti tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Şabran Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov, Şabran rayonu Ağalıq kənd bələdiyyəsinin sədri Natiq Musayev, Şabran rayonu Zeyvə kənd məscidi dini icmasının sədri Şaib Aslanov və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şabran RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov bildirib ki, dini maarifləndirmə tədbirləri öz bəhrəsini verməkdədir. Artıq cəmiyyət həqiqi dini dəyərlər barədə məlumatlıdır.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev bilidirib ki, Azərbaycan ənənəvi İslam dinini qoruyub saxlaya bilən nadir dövlətlərdəndir. O bildirib ki, dövlətin din siyasəti, eləcə də dinə qayğısı başqa dövlətlər üçün nümunə ola biləcək səviyyədədir. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” élan olunması təkcə Azərbaycana deyil, bu yolla bütün dünyaya sülhün qorunması və sabitliyin bərqərar olması üçün göndərilən ən önəmli mesajdır.
Şabran rayonu Ağalıq kənd bələdiyyəsinin sədri Natiq Musayev tədbirdə çıxış edərək qeyd edib ki, bələdiyyə orqanının rəhbəri kimi o da mütəmadi olaraq kənd əhalisi ilə dini məsələlərə həsr olunmuş müzakirələrdə iştirak edir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onların fikirləri dinlənilib.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.