Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.05.2017

Şabranda “Azərbaycanda ənənəvi İslam: həmrəyliyə gedən yol” layihəsi uğurla davam etdirilir

Mayın 31-də dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Şabran rayon Vələsli kənd məscidi dini icmasının təşkilatçılığı ilə rayonun Baş Əmirxanlı kəndində “Azərbaycanda ənənəvi İslam: həmrəyliyə gedən yol” layihəsi çərçivəsində “Azərbaycan multikulturalizm modeli” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Şabran Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov, Şabran rayonu Vələsli kənd məscidi dini icmasının sədri Fuad Şahbazov, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri açıq élan edən Şabran RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov dini durum barədə danışıb, Vələsli kənd məscidi dini icması tərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihələrin əhəmiyyətinə toxunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev geniş məruzə ilə çıxış edərək dövlət-din münasibətləri, Azərbaycanda mövcud olan multikultural mühit, ölkəmizin İslam həmrəyliyinə verdiyi töhfələr haqqında məlumat verərək bildirib ki, Azərbaycanda bütün xalqlar və etnoslar, o cümlədən bütün dini konfessiyaların nümayəndələri rahat, sabitlik, qarşılıqlı anlaşma şəraitində yaşayır, öz milli-mənəvi dəyərlərini yaşadır və onlar üçün yaradılan dini ibadət evlərində öz dini tələbatlarını ödəməklə ibadət edirlər.
Şabran rayonu Vələsli kənd məscidi dini icmasının sədri Fuad Şahbazov qeyd edib ki, dini icmalara dövlət qayğısından bəhs edib. O, həmçinin bildirib ki, Azərbaycanda mövcud olan tolerant mühit dünya dövlətləri üçün nümunə rolunu oynayır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.