Sabirabadda "Sülh aylığı" çərçivəsində tədbir keçirilib
Sentyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçlığı ilə “Sülh aylığı” çərçivəsində “Ümumbəşəri dəyərlər sistemində insan hüquq və azadlıqlarının yeri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Sabirabad Regional Mədəniyyət İdarəsinin əməkdaşı Telman Əzimov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, mədəniyyət işçiləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramına əsasən respublikamızda hər il 21 sentyabr - “Beynəlxalq Sülh Günü” ərəfəsində İnsan Hüquqları Üzrə Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq 21 avqust-21 sentyabr tarixlərində “Sülh aylığı”nın elan edildiyi və bir çox tədbirlər təşkil edildiyi vurğulanıb. Milli-mənəvi, multikultural və tolerant dəyərlərin qorunması, eləcə də “Sülh aylığı” çərçivəsində həyata keçirilən tədbirlərin gənclərin Azərbaycançılıq, sülh və mərhəmət ruhunda tərbiyə olunması baxımından əhəmiyyətli olduğu bildirilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


