Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.12.2016

Sabirabadda “Multikultural və tolerant dəyərlərin təbliğində dini icmaların və dindarların rolu” mövzusunda tədbir keçirilib

Dekabrın 20-də Sabirabad rayon Zəngənə kənd məscidi dini icması tərəfindən  “Milli-mənəvi dəyərlərimiz və müasirlik” layihəsi çərçivəsində “Multikultural və tolerant dəyərlərin təbliğində dini icmaların və dindarların rolu” mövzusunda  maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Sabirabad rayon  Zəngənə kənd məscidi dini icmasının sədri  Çingiz Abuzərov, dindarlar, kənd ağsaqqalları və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Çingiz Abuzərov multikultural və tolerant dəyərlərimizin qorunması, eləcə də milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılması istiqamətində bu cür layihələrin reallaşdırılmasının vacibliyindən danışıb.
Daha sonra çıxış edən DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov ölkəmizdə tarixən formalaşmış tolerantlıq mühitindən, multikultural dəyərlərin inkişafından və dövlətimizin bu dəyərlərin qorunması istiqamətində gördüyü işlərdən bəhs edib.
Sonda tədbir iştirakçılarına Komitə tərəfindən çapına icazə verilmiş dini ədəbiyyatlar paylanılıb.