Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.05.2016

Sabirabadda “Milli-mənəvi dəyərlərimiz və müasirlik” layihəsi uğurla icra olunur

Mayın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Sabirabad rayonu mərkəzi “Heydər məscidi” dini icmasında “Milli-mənəvi dəyərlərimiz və müasirlik” layihəsi çərçivəsində “Multikultural dəyərlərin təbliğində dini icmaların və din xadimlərinin rolu”mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbə müdiri Cavanşir Bəhrəmov, Sabirabad rayonu mərkəzi “Heydər məscidi” dini  icmasının sədr müavini Yusif Bağırov, QMİ-nin Sabirabad və Saatlı rayonları üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad rayon  Balvar kənd məscidi dini icmasının sədri Arif Qəhrəmanov, Sabirabad rayon Qarabağ Veteranlar cəmiyyətinin  sədri Faiq  İsrafılov, Şamil  Həsənov, Sabirabad rayon   mərkəzi “Heydər məscidi” dini icmasının  üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan QMİ-nin Sabirabad və Saatlı rayonları üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov ölkəmizdə zəngin multikulturalizm və onun tərkib hissəsi olan tolerantlıq ənənələrinin qorunub daha da inkişaf etdirilməsinin Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən  biri olduğunu, ölkəmizin müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin sülh və əmin-amanlıq içində, heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqları ərazi olduğunu, xalqımızın bu ənənələrinin tarixi keçmişimizdən və mental dəyərlərimizdən qaynaqlandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra  tədbirdə çıxış edən DQİDK-nın İmişli bölgəsi üzrə şöbə müdiri Cavanşir Bəhrəmov 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu qeyd edərək, mövzu ətrafında çıxış edib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan multikultural dəyərlər və tolerant ənənələrin təbliği siyasətinin cəmiyyətdə güclü dayaqlara malik olduğu və multikulturalizmin dövlət siyasəti olması ilə yanaşı, xalqımızın həyat tərzi olduğunu söyləyib.