07.05.2016
Sabirabadda “Milli-mənəvi dəyərlərimiz və müasirlik” layihəsi çərçivəsində tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə mayın 7-də Sabirabad rayonu “Heydər məscidi” dini icmasında “Milli-mənəvi dəyərlərimiz və müasirlik” layihəsi çərçivəsində tədbir keçirilib.Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Sabirabad rayonu “Heydər məscidi” dini icmasının sədri Məhəmməd Əliyev,QMİ-nin Sabirabad və Saatlı rayonları üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad rayon Qarabağ Veteranları Cəmiyyətinin sədri Faiq Hüseynov, rayonda fəaliyyət göstərən dini icmaların sədrləri, eləcə də icma üzvləri iştirak ediblər.
Sabirabad “Heydər məscidi” dini icmasının sədri Məhəmməd Əliyev çıxış edərək bildirib ki, milli-mənəvi dəyərlərimizə dövlətimiz tərəfindən yüksək səviyyədə qayğı göstərililir. Daha sonra çıxış edən DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov gənclərdə vətənpərvərlik,Vətən torpağına, millətə sədaqət,Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq yollarından danışıb. Digər natiqlər də bu cür layihələrin əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.
(4).png)
.png)
.png)