08.06.2015
Sabirabadda “İnsan Hüquq və Azadlıqlarının təmin edilməsi müstəqil Azərbaycan dövlətinin ən ali məqsədidir” mövzusunda toplantı keçirilib
İyunun 8-də Sabirabad rayonunda “İnsan Hüquq və Azadlıqlarının təmin edilməsi müstəqil Azərbaycan dövlətinin ən ali məqsədidir” mövzusunda tədbir keçirilib. Tədbirdə dini icma sədrləri, Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov iştirak ediblər.
Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri C. Bəhrəmov çıxış edərək qeyd edib ki, insan hüquqları müasir dönyamızın hər bir demokratik dövləti tərəfindən prioritet hesab edilən mövzulardandır. Şöbə müdiri vurğulayıb ki, Müstəqil Azərbaycanda da insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi dövlətin ən ali məqsədidir.
Sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi A.Sadıqov Azərbaycan dövlətinin dinə və dindarlara qayğısından söz açaraq Azərbaycan dövlətinin daha da güclənməsi üçün hər bir vətəndaşın əlindən gələni etməsini, insan hüquq və azadləqlarının müdafiəsi sahəsində dövlətin həyata keçirtdiyi siyasətə dəstək nümayiş etdirməsini diqqətə çatdırıb.
Dini icma sədrlərindən Sabirabad rayon Qaralı kənd məscidi dini icmasının üzvü Səxavət Əsgərov və Sabirabad rayon Cavad kənd dini icmasının sədri İslam Əlicanov çıxış edərək bu gün Azərbaycanda dövlət-din münasibətlərinin ən yüksək səviyyədə inkişaf etməsinə üçün ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə İyunun 18-i ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunur və müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq hər il mayin 18-dən iyunun 18-dək respublikamızda “ İnsan Hüquqları Aylığı” keçirilir.