03.06.2016
Sabirabad və Neftçala rayonlarında maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı sərəncama əsasən bölgələrdə maairfləndirmə tədbirləri həyata keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə iyun 2-də Neftçala rayonu “Sahib Əzzaman” məscidi dini icmasında “Dini ekstremizm və radikalizmin multikultural cəmiyyət üçün təhlükələri” adlı layihə çərçivəsində tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli, Neftçala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev, dini icmanın sədri Mirseymur Əliyev, dini icmanın üzvləri, ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Mirseymur Əliyev layihə barədə ətraflı məlumat verib. Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli çıxışında dindarların radikal təsirlərdən qorunmasından bəhs edib. Neftçala Rayonu İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev çıxışında layihənin əhəmiyyətindən, dini ekstremizmin və radikalizmin fəsadlarından bəhs edib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
***
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər davam edir.
İyun ayının 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Sabirabad rayonu mərkəzi “Heydər məscidi” dini icmasında “Milli –mənəvi dəyərlərimiz və müasirlik layihəsi çərçivəsində“Qəhrəmanlar unudulmur” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Sabirabad rayonu mərkəzi “Heydər məscidi” dini icmasının sədr müavini Yusif Bağırov, QMİ-nin Sabirabad və Saatlı rayonları üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad rayon mərkəzi “Heydər məscidi” dini icmasının üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan QMİ-nin Sabirabad və Saatlı rayonları üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov çıxış edərək bildirib ki, Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Vətənin müqəddəsliyi öz millətini, yurdunu, elini, obasını sevən hər bir insan üçün əsas amal və arzudur. Natiq məruzəsinin davamında Vətəni uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi anıb.Daha sonra tədbirdə çıxış edən DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımının əhəmiyyətini yüksək qiymətləndirərək, gələcəkdə də bu cür tədbirlərin keçirilməsinin zəruriliyini vurğulayıb.
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam edib.