Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.08.2019

Sabirabad rayonunda maarifləndirmə tədbiri keçirilib

Avqustun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsi və Qafqaz  Müsəlmanları  İdarəsinin  Sabirabad rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin təbliğində dini icmaların rolu” mövzusunda  tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Atakişi Məhərrəmli, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, dini icma sədrləri, din xadimləri və  dindarlar iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq, zənginləşdirmək və gələcək nəsillərə ötürmək hər kəsin vətəndaşlıq borcudu. Milli-mənəvi dəyərlərin təbliğində, qorunub saxlanılmasında dinin rolu, xüsusilə dini icmaların bu işdə aktivliyinin əhəmiyyəti, eləcə də din xadimlərinin üzərinə böyük vəzifə düşdüyü diqqətə çatdırılıb. 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.