Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.07.2019

Sabirabad rayonunda maarifləndirmə tədbiri keçirilib

İyulun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Sabirabad rayonu Bulaqlı  kənd məscidi dini icmasında “Dini radikalizmə qarşı mübarizədə məzhəblərarası vəhdətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Atakişi Məhərrəmli, Sabirabad rayonu Bulaqlı kənd məscidi dini icmasının sədri Rufat Utarov, Bulaqlı kənd “Xanım Zeynəbiyyə” məscidinin mütəvəllisi Səməndər Gözəlov, dini icmanın üzvləri, dindarlar və gənclər iştirtak ediblər.

Keçirilən tədbirdə vurğulanıb ki, Azərbaycanda əhalinin böyük əksəriyyətini müsəlmanlar təşkil etməsinə baxmayaraq, digər dinlərin mənsublarına da bərabər şərait yaradılır, onların öz inanc və etiqadlarına uyğun yaşamaları üçün bütün lazımi tədbirlər görülür. O da qeyd olunub ki, ölkəmizdə heç vaxt məzhəblərarası, digər dinlərin nümayəndələri arasında qarşıdurmalar baş verməyib.