Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.03.2016

Sabirabad rayonunda “İslam zərərli vərdişlərə yox deyir” mövzusunda maarifləndirici tədbir keçirilib

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər davam etdirilir. Növbəti maarifləndirici tədbir martın 16-da Sabirabad rayonu  Bulaqlı kənd məscidi dini icmasının həyata keçirdiyi layihə çərçivəsində “İslam zərərli vərdişlərə yox deyir” mövzusunda keçirilib.Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov, Bulaqlı kənd məscidi dini icmasının sədri Rüfət Utarov, Sabirabad rayon Polis şöbəsinin əməkdaşı Aqil Fərəcov, Sabirabad  rayon Mədəniyyət və turizm şöbəsinin müdiri  Pərviz Abdullayev və icma üzvləri, ziyalılar, ağsaqallar, müəllimlər iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Bulaqlı kənd məscidi dini icmasının sədri Rüfət Utarov zərərli vərdişlərdən və zərərli vərdişlərin cəmiyyətə vura biləcəyi zərbələrdən və törədəcəyi fəsadlardan danışıb. O yeniyetmə və gənclər arasında zərərli vərdişlərin fəsadları haqqında düzgün təsəvvürlərin formalaşdırılmasına nail olmağın vacibliyini xüsusilə vurğulayıb.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov İslam dininin xalqımızın mənəvi dəyərlər sistemindəki yerindən, bu dinin zərərli vərdişlərə - narkomaniyaya, alkoqolizmə, cəhalətə qarşı mövqeyindən bəhs edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.