28.02.2017
Sabirabad rayonunda “Gənclərə vətən sevgisinin aşılanmasında dindarların rolu” mövzusunda maarifləndirici tədbir keçirilib
Fevralın 28-də Sabirabad rayon Zəngənə kənd məscidi dini icmasında “Milli-mənəvi dəyərlərimiz və müasirlik” layihəsi çərçivəsində “Gənclərə vətən sevgisinin aşılanmasında dindarların rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov layihə çərçivəsində həyata keçiriləcək maarifləndirmə tədbirinin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib. QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi mövzu ətrafında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşərək vətəni sevməyin bütün vətəndaşların müqəddəs borcu olduğunu deyib.
Tədbirdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ümumi şöbəsinin baş məsləhətçisi Aqşin Əliye isə öz çıxışında bildirib ki, hamımızın ümumi vəzifəsi gənclərdə vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir.

Daha sonra çıxış edən DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov vurğulayıb ki, öz qədim tarixi irsinə, milli-mənəvi dəyərlərinə sadiq qalan hər bir gənc vətənə məhəbbət, torpağa sədaqət ruhunda tərbiyə olunmalıdır. O,gənclərimizin yüksək vətənpərvərlik ruhunda yetişməsində ailələrin, təhsil müəssisələrinin, ağsaqqalların və din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.
Tədbirin sonunda iştirakçılara Dövlət Komitəsi tərəfindən çapına icazə verilmiş dini ədəbiyyatlar paylanılıb.