Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.07.2016

Sabirabad rayonunda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda tədbir keçirilib

İyul ayının 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  təşkilatçılığı ilə Sabirabad rayonunda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin  birinci müavini Səyyad Salahlı, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov və şöbəsinin əməkdaşı Ələkbər Quliyev, Sabirabad Rayon İcra Hakimiyyəti və Sabirabad rayon hüquq-mühafizə orqanının əməkdaşları və ictimaiyyət  nümayəndələri iştirak  ediblər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov rayonda dövlət və din münasibətləri istiqamətində görülən işlər barədə ətraflı məlumat verərək vurğulayıb ki, respublikamızda insan hüquq və  azadlıqlarının bərqərar olmasına, milli- mənəvi dəyərlərimizin  qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə  böyük önəm verilir. Ümummili Lider Heydər Əliyevin ardıcıl, məqsədyönlü fəaliyyəti  sayəsində ölkəmizdə insan hüquqlarının qorunmasına dair qanunvericilik bazası  beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb, dövlət-din münasibətlərinin tənzimlənməsi  prinsipləri təsbit olunub, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktların icrasının təmin olunmasına  nəzarət edilməsi, konfessiyalar arasında  dözümlülük ənənəsinin möhkəmləndirilməsi, milli-mənəvi abidələrimizin bərpası və qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Birmənalı demək olar ki, Azərbaycanda qəbul edilən qanunlar və normativ aktlar  bütövlükdə əqidə azadlığını təmin edir  və yarana biləcək problemləri həll etmək, dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək  üçün hüquqi  əsas yaradır.
Tədbirdə  Dini  Qurumlarla  İş  üzrə  Dövlət  Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək Azərbaycanda dövlət və din münasibətləri və bu istiqamətdə görülən işlər barədə geniş məlumat verib. Səyyad Salahlı respublikamızda dövlət-din münasibətlərinin daha yüksək səviyyədə   tənzimlənməsi,  dini maarifləndirmə işinin  təşkili və həyata  keçirilməsi, həmçinin, dini  icmaların  cəmiyyətdə radikalizm  meyillərinin qarşısının alınması  və sosial  problemlərinin həlli prosesinə  cəlb olunması sahəsində dövlətin həyata keçirdiyi tədbirləri din xadimlərinin nəzərinə çatdırıb. O qeyd edib ki, ölkəmiz zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malikdir. Azərbaycanda bütün dinlərin, mədəniyyətlərin nümayəndələri sülh, qardaşlıq şəraitində yaşayırlar. Azərbaycanda mövcud olan dini tolerantlıq, dünyəvilik, multikulturalizm ənənələrin və mili-mənəvi dəyərlərdən danışaraq əsrlər boyu Azərbaycanda İslam, xristian və yəhudi dinlərinin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşadıqlarını bildiriblər. Səyyad Salahlı milli və dini etnik qruplar arasında ədavət və qarşıdurma hallarının müşahidə olunmadığını, müxtəlif din və mədəniyyətlərə mənsub insanların əsrlər boyu Azərbaycan xalqının ictimai-siyasi və iqtisadi həyatında mühüm rol oynadığını, özlərinin etnik xüsusiyyətlərini, dinlərini və adət-ənənələrini qoruyub saxlayaraq bugünümüzədək yaşatdıqlarını vurğulayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.