Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.02.2021

Saatlıda “Vətənpərvərlik gəncliyin amalıdır” mövzusunda onlayn tədbir keçirilib

Fevralın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon İcra Hakimiyyəti və Saatlı Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Vətənpərvərlik gəncliyin amalıdır” mövzusunda onlayn tədbir keçirilib. 

Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin (RİH) məsul işçiləri, DQİDK-nın İmişli bölgəsi üzrə əməkdaşı Elvin İbrahimov, Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aida İbrahimova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, Saatlı Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Aqşin Məmmədov, YAP Saatlı Rayon təşkilatının əməkdaşları və gənclər iştirak ediblər. 

Tədbirdə çıxış edənlər Vətən müharibəsində xalqımızın əldə etdiyi şanlı Qələbədən, Azərbaycan əsgərinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdiyi qəhrəmanlıq mübarizəsindən danışıblar. Çıxışlarda gənc nəslin milli ruhda tərbiyə olunması, onlara vətənpərvərlik hisslərinin daha dərindən aşılanmasının hər zaman dövlət siyasətimizin ən öndə vəzifələrdən biri olduğu qeyd edilib.