Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.01.2021

Saatlıda “Vətən mühabirəsində qazanılan qələbə tariximizin parlaq səhifəsidir” mövzusunda onlayn tədbir keçirilib

Yanvarın 27-də Saatlı Rayon İcra Hakimiyyəti (RİH), “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsi  və  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Vətən mühabirəsində qazanılan qələbə tariximizin parlaq səhifəsidir” mövzusunda onlayn tədbir keçirilib.

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə  Saatlı RİH-in məsul işçiləri,  DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov,  Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru  Aida İbrahimova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Aqşin Məmmədov və gənclər iştirak ediblər.

Çıxış edənlər müharibə əlillərinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışaraq, Qarabağ savaşında qazanılan şanlı qələbəmizin tarixə qızıl hərflərlə həkk olunduğunu və xalqımızın yaddaşında silinməz iz buraxdığını ifadə ediblər. Tədbirdə gənclərin həm döyüş bölgəsində, həm də arxa cəbhədə fəal iştirakından da danışılıb.