Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.08.2021

Saatlıda “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib

Avqustun 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon İcra Hakimiyyəti, Saatlı Rayon Polis şöbəsi və Saatlı Rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı  ilə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib.

Karantin rejiminin qaydalarına əməl edilməklə keçirilən tədbirdə təşkilatçı qurumların nümayəndələri,  Saatlı Rayon Heydər Əliyev Mərkəzi, o cümlədən Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbərliyi,  polis əməkdaşları, ictimaiyyət nümayəndələri və  gənclər  iştirak ediblər.

Çıxış edənlər  qeyd ediblər ki, bu gün bəşəriyyəti düşündürən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyadır. Narkomaniyaya qarşı keçirilən tədbirlər, görülən profilaktik işlər barədə məlumat verən çıxışçılar narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə, bəşəriyyətə fəsadlar vurduğunu bildirərək, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini diqqətə çatdırıblar. O da qeyd olunub ki, narkomaniyanın yayılması, narkotik maddələrin qəbul edilməsi gənc nəslin sağlam həyat tərzi üçün təhlükə yaradır.