Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.01.2020

Saatlıda “Milli-mənəvi və ailə dəyərlərimizin təbliği” mövzusunda tədbir keçirilib

Yanvarın 22-də Saatlı Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi və ailə  dəyərlərimizin təbliği” mövzusunda maarifləndirici  tədbir keçirilib.

Tədbirdə  DQİDK-nın  İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Səidə Mehdiyeva, Rayon Peşə liseyinin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlarda Azərbaycanda ailə dəyərləri, ailə institutunun formalaşması və qorunub saxlanılmasında milli və dini dəyərlərin əhəmiyyəti barədə danışılıb. Bildirilib ki, müasir dünyanın qlobal problemlərindən biri sosial-mənəvi mühitin saflığının qorunmasıdır. Qeyd olunub ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Tədbirdə həmçinin, dövlət tərəfindən milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərildiyi vurğulanıb.