Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.04.2018

Saatlıda “Milli-mənəvi dəyərlərimiz və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib

Aprelin 27-də Dini Qurumlarla İş Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsi və Saatlı Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Rayon Heydər Əliyev Mərkəzində “Milli-mənəvi dəyərlərimiz və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi”  mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgə üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov,  Rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Telman Ağayev, Saatlı rayon Peşə liseyinin   müəllim  və şagirdləri   iştirak ediblər.
Tədbiri giriş sözü ilə Saatlı rayon  Heydər Əliyev Mərkəzinin direktor əvəzi Telman Ağayev açaraq qeyd edib ki, Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlər əsasında və vətənpərvərlik ruhunda tərbiyə edilməsi, gənclərin xalqımızın adət-ənənələrinə hörmətlə yanaşması uğurlu gələcəyimizin zəmanətidir.
DQİDK-nın İmişli bölgə üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov çıxış edərək bildirib ki, vətənpərvərlik milli-mənəvi dəyərlərimizin və Azərbaycançılıq ideologiyasının əsas elementlərindən biridir.  Qeyd edib ki,  öz qədim tarixi irsinə, milli-mənəvi dəyərlərinə sadiq qalan hər bir gənc Vətənə məhəbbət, torpağa sədaqət ruhunda tərbiyə olunmalıdır. Gəncləri  düzgün istiqamətləndirməyin, vətənpərvərlik və  milli-mənəvi, ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etməyin, sağlam mənəviyyatlı vətəndaş kimi yetişdirmənin  hamımızın borcu olduğunu  vurğulayıb. 
Daha sonra Heydər Əliyev Mərkəzinin əməkdaşı Səidə Mehdiyeva çıxış edərək vətənpərvərlik hissinin insanın öz Vətəninə, ailəsinə sevgi və sədaqətindən, onun tarixi, milli-mənəvi dəyərləri üçün qürur hissi keçirməsindən ibarət olduğunu ifadə edib.  
Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.