Saatlıda maarifləndirmə tədbiri keçirilib
Oktyabrın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQIDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon İcra Hakimiyyəti (RİH) və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Saatlı şəhər 2 saylı tam orta məktəbdə “Gənclərin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgə üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Mehriban Ağayeva, Rayon Təhsil şöbəsinin əməkdaşı Xalid Nəciyev, Saatlı şəhər 2 saylı tam orta məktəbin direktoru Zabit Rüstəmov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı radikal dini qruplar, qeyri-ənənəvi dini cərəyanlar və onların təbliğat metodları haqqında məlumat verilib, dövlətin yeniyetmə və gənclərin zərərli vərdişlərin, dini radikalizmin təsirlərindən qorunması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışılıb. Dini radikalizmlə mübarizədə gənclərin savadlı olmasının, milli-mənəvi dəyərlər ruhunda formalaşmasının əhəmiyyəti vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


