Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.11.2016

Saatlıda “İslamda Vətən sevgisi və şəhidlik” mövzusunda tədbir keçirilib

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi ilə bağlı imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Noyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ilə Saatlı rayon Varxankənd “Cümə” məscidi dini icmasında “Milli-mənəvi dəyərlərimiz və müasirlik” layihəsi çərçivəsində  “İslamda Vətən sevgisi  və şəhidlik”  mövzusunda tədbir keçirilib.
Tədbirdə Saatlı rayon Varxankənd “Cümə” məscidi dini icmasının sədri Yadigar Aslanov, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elvin İbrahimov, Saatlı Rayon İcra Hakimiyyəti başçısının Varxankənd kəndi üzrə nümayədəsi Eyvaz Əsədov, Axıska Türkləri Vətən cəmiyyətinin üzvü Məhəmməd Əliyev, kənd ağsaqqalları və ziyalılar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Saatlı rayon Varxankənd “Cümə” məscidi dini icmasının sədri Yadigar Aslanov  bildirib ki, milli-mənəvi  dəyərlərimizin gənc nəslə aşılanması, onların bu ruhda tərbiyə  edilməsi olduqca  vacibdir. O, Vətən sevgisinin milli-mənəvi  dəyərlərimizin əsasını təşkil etdiyini vurğulayıb. Şəhidliyin ali zirvəsindən və dinimizin Vətən uğrunda can qurban edənləri necə ali qiymətləndirdiyindən bəhs edib.
Daha sonra DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin  məsləhətçisi Elvin İbrahimov çıxış edərək qeyd edib ki, Azərbaycan gəncliyinin əsas vəzifələrindən biri Vətəni qorumaqdır.
Çıxış edən digər natiqlər dini sahəyə və dindarlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.