24.05.2018
Saatlıda insan hüquqları mövzusuna həsr olunmuş tədbir keçirilib
Mayın 24-də DQİDK–nin İmşli bölgəsi üzrə şöbəsinin və Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Saatlı Rayon Heydər Əliyev Mərkəzində insan hüquqları mövzusuna həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbənin aparıcı məsləhətçisi Elbəy Dəmirov, Saatlı Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nəriman Ağayev, V.Əsgərov adına 4 saylı tam orta məktəbin və Rayon Peşə liseyinin müəllim və şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Hüseyn Eynullayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə hər il iyunun 18-nin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu diqqətə çatdırıb. Natiq İnsan Hüquqları üzrə Müvəkkilin təşəbbüsü ilə respublikamızda hər il ənənəvi olaraq “İnsan hüquqları aylığı”nın keçirilməsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
DQİDK-nin İmişli bölgə üzrə şöbənin əməkdaşı Elbəy Dəmirov çıxış edərək qeyd etdi ki, insan hüquqları müasir dünyamızın hər bir demokratik dövləti tərəfindən prioritet hesab edilən mövzulardandır.