Saatlıda "İnsan Hüquqları Aylığı” çərçivəsində videokonfrans keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində Saatlı rayonunda videokonfrans keçirilib. Videokonfransda DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşları, eləcə də rayonda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər. Çıxışlar zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu və hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində çoxlu maarifləndirici tədbirlərin keçirildiyini vurğulanıb. Həmçinin, çıxışlar zamanı koronavirus pandemiyasına (COVID-19) qarşı ölkəmizdə görülən qabaqlayıcı tədbirlər və həyata keçirilən işlər barədə danışılıb.

