05.06.2017
Saatlıda “ Həmrəylik və insan hüquqları” mövzusunda tədbir keçirilib
İyunun 5-də Saatlı Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin və Saatlı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçlığı ilə baş tutub. “İnsan Hüquqları qorunması aylığı” çərçivəsində “Həmrəylik və insan hüquqları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Mərkəzin direktor əvəzi Telman Ağayev, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının və Rayon Gənclər və İdman idarəsinin əməkdaşları, şagirdlər və müəllimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Telman Ağayev bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra insan hüquq və azadlıqlarının təmin edilməsi ölkəmizdə gedən demokratik proseslərin tərkib hissəsi kimi dövlətin diqqət mərkəzində saxladığı prioritet məsələlərdən biridir.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov isə bu cür maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb, dövlətimizin insan hüquq və azadlıqları istiqamətində gördüyü tədbirlərin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
Daha sonra çıxış edən natiqlər, ölkəmizin tolerantlıq, multikulturalizm, İslam həmrəyliyi ideyalarının dünyaya yüksək səviyyədə çatdırılmasından danışaraq insan hüquqları və azadlıqları sahəsində əldə edilmiş nailiyyətlərdən danışıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
(132).jpg)