Saatlıda “Gələcəyə sağlam gənclərlə” mövzusu müzakirə olunub
İyulun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi və Saatlı “Gənclər Evi” sosial xidməti müəssisəsinin birgə təşkilatçlığı ilə narkomaniyaya qarşı mübarizə istiqmətində “Gələcəyə sağlam gənclərlə” mövzusunda videokonfrans keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Bəhrəm Ədalətoğlu, Saatlı RİH başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Mehriban Ağayeva, Polis Şöbəsinin əməkdaşı Üzeyir Ağayev, Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, “Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Aqşin Məmmədov, Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aida İbrahimova, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, bu gün bəşəriyyəti düşündürən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyadır.Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd bu istiqamətdə gənc nəsli maarifləndirməkdir.Çıxışlar zamanı cəmiyyətdə "ağ ölüm" kimi tanınan narkomaniyanın insan həyatında yaratdığı fiziki, mənəvi və sosial fəsadlar haqqında danışılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran sullar cavablandırılıb.

