Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.04.2021

Saatlıda “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda onlayn tədbir keçirilib

Aprelin 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı, Saatlı Rayon İcra Hakimiyyəti, Uşaq və Ailələrə Dəstək mərkəzi, rayon Təhsil Şöbəsi, Gənclər və İdman idarəsi, Saatlı “Gənclər Evi” sosial xidməti müəssisəsinin dəstəyi ilə “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalətoğlu, Saatlı Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Mehriban Ağayeva, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aida İbrahimova, rayon Təhsil Şöbəsinin müdiri Günay Sultanova, Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, Saatlı Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru  Aqşin Məmmədov, orta məktəb direktorları, psixoloqlar və gənclər iştirak ediblər.

Çıxışlarda erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışılıb. Vurğulanıb ki, erkən nikahın qarşısının alınması üçün maarifləndirmə işləri daha da genişləndirilməlidir.

Tədbirdə, eyni zamanda erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar və habelə mübarizə yolları barədə iştirakçılara məlumat verilib.