Saatlıda “Dini radikalizm narkomaniya, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib
Aprelin 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçlığı ilə Saatlı rayon Heydər Əliyev Mərkəzində “Dini radikalizm narkomaniya, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Saatlı rayon İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Mehriban Ağayeva ölkəmizdə gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi, onların zərərli vərdişlərdən, dini radikalizmdən qorunması sahəsində mühüm tədbirlər həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, həmçinin gənclərin zərərli vərdişlərdən qorunmasının vacibliyindən danışaraq, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilmələrinin, elm, təhsilə yiyələnmələrinin əhəmiyyətini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Atakişi Məhərrəmli çıxış edərək, radikalizm və narkomaniyaya qarşı mübarizənin ən mühüm vəzifələrdən biri olduğunu, bu bəlalar ilə mübarizədə gənclər və yeniyetmələr arasında maarifləndirmənin düzgün aparılmasının vacibliyini qeyd edib, eyni zamanda erkən nikahın yaratdığı fəsadların bu gün aktual məsələ olduğunu diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov çıxıışında radikal dini qrupların zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması və dini maarifçilik işinin düzgün metodlarla təşkili istiqamətində məlumat verib. O, eləcə də gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən, onları radikal təsirlərdən qorumağın yollarından bəhs edib.
Sonda DQİDK-nin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

