Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.08.2020

Saatlıda din xadimlərinin iştirakı ilə Məhərrəmlik mərasimləri ilə bağlı onlayn tədbir keçirilib

Avqustun 21-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı və Saatlı rayonunda fəaliyyət göstərən dini icma sədrləri, din xadimlərinin iştirakı ilə Məhərrəmlik mərasimləri ilə bağlı onlayn tədbir keçirilib. 

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov və başqaları çıxışları zamanı koronavirus pandemiyasına qarşı ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli tədbirləri qeyd ediblər. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qaydalarına, Dövlət Komitəsi və QMİ rəhbərliyinin tapşırıq və tövsiyələrinə əməl edilməsinin vacibliyi vurğulanıb. Həmçinin, ölkəmizdə  koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlərdən danışılıb.   .

Çıxışlarda o da qeyd edilib ki, Məhərrəm ayında Operativ Qərargahın qəbul etdiyi qaydalara ciddi riayət olunmalıdır. Dini icmalara və dindarlara karantinin tələblərinə əməl olunması, kütləvi şəkildə toplaşmamaları, dini ayinlərini evlərində yerinə yetirmələri ilə bağlı tapşırıq və tövsiyələr verilib.