Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.04.2021

Saatlıda “Aprel savaşı–Böyük zəfərin müqəddiməsi” mövzusunda videokonfrans keçirilib

Aprel ayının 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon Gənclər və İdman İdarəsi və Saatlı Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Saatlıda “Aprel savaşı–Böyük zəfərin müqəddiməsi” mövzusunda videokonfrans keçirilib. Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalətoğlu, Saatlı rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Qiyasov, Saatlı Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Aqşin Məmmədov, Rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin Karyera və İnkişaf Mərkəzinin əməkdaşları və gənclər iştirak ediblər.
Tədbir Vətənimizin suverenliyi, ərazi bütövlüyü və azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Çıxışlar zamanı qeyd olunub ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqelərinin və yaşayış məntəqələrimizin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalması əks-həmlə ilə düşmən təxribatının qarşısını almaq məqsədilə Ordumuzun bölmələrini hərəkətə keçirib. Bu hadisə aprel döyüşləri kimi tarixə keçib. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini nümayiş etdirib.
Vurğulanıb ki, Aprel döyüşlərində Azərbaycan Ordusu düşmənə öz gücünü göstərib. Bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlayıb. 44 gün davam edən döyüşlər zamanı işğal altındakı torpaqlarımız azad edilib.