Saatlıda 26 İyun - Silahlı Qüvvələr Günü münasibəti ilə videokonfrans keçirilib
İyunun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon İcra Hakimiyyəti və “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçlığı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibəti ilə videokonfrans keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Bəhrəm Ədalətoğlu, “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Aqşin Məmmədov, Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aida İbrahimova, müəllimlər, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlarda qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı 26 iyun ölkəmizdə təntənəli şəkildə qeyd edilir. Videokonfransda, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əks-hücum əməliyyatları ilə başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun tarixi torpaqlarımızın işğaldan azad edilməsində qazandığı qələbədən danışılıb.


