09.09.2016
Saatlı rayonunda “Vətənpərvərlik milli-mənəvi dəyər kimi” mövzusunda tədbir keçirilib
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi ilə bağlı 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə davamlı olaraq tədbirlər keçirilir.
Sentyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Saatlı rayon Varxankənd “Cümə” məscidi dini icmasında “Milli-mənəvi dəyərlərimiz və müasirlik” layihəsi çərçivəsində “Vətənpərvərlik milli-mənəvi dəyər kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov,şöbənin məsləhətçisi Elvin İbrahimov, Saatlı rayon Varxankənd “Cümə” məscidi dini icmasının sədri Yadigar Aslanov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Saatlı rayon Varxankənd “Cümə” məscidi dini icmasının sədri Yadigar Aslanov açaraq xalqımızın tarix boyu müxtəlif işğalçı qüvvələrə qarşı azadlıq mübarizəsi aparmasında milli-mənəvi sərvətimiz olan İslam dəyərlərinin böyük rolunun olması və bu dəyərlərin insanları Vətəni sevməyə çağırmasından danışıb.
Daha sonra DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov məruzəsində Vətəni sevməyin bütün vətəndaşların müqəddəs borcu və vicdanlılıq nümunəsi olduğunu qeyd edərək imandan, əqidədən gələn bu sevginin xalqımızın birliyinin əsas səbəblərindən biri olduğunu vurğulayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
.jpg)
(2).jpg)