Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.11.2019

Saatlı rayonunda maarifləndirmə tədbiri təşkil olunub

Noyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQIDK) İmişli bölgəsi üzrə şöbəsi və Saatlı Rayon Heydər Əliyev Mərkəzinin  birgə  təşkilatçılığı ilə Saatlı rayon Tibb Kollecində “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” mövzusunda maarifləndirici  tədbir keçirilib.

Tədbirdə  DQİDK-nın İmişli bölgə üzrə şöbəsinin  əməkdaşı Elvin İbrahimov,  Heydər Əliyev Mərkəzinin əməkdaşları Səidə Mehdiyeva, İslam Cəfərli, müəllimlər və  tələbələr iştirak ediblər.

Çıxışlar zamanı xalqın milli şüurunun formalaşmasında, mədəniyyətinin inkişafında milli-mənəvi dəyərlərin mühüm rol oynadığı vurğulanıb. Ümummilli lider Heydər Əliyevin xalqımızın mənəvi dəyərlərinin qorunmasında, xalqın adət-ənənələrinin zənginləşdirilməsində müstəsna xidmətləri oluduğu diqqətə çatdırılıb. Ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı və diqqət haqqında ətraflı məlumat verilib.

Tədbirin sonunda  tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.