Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.08.2019

Saatlı rayonunda maarifləndirmə tədbiri keçirilib

Avqustun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçlığı ilə Saatlı rayon məscidi dini icmasında  “Milli-mənəvi  dəyərlərimizdə  vəhdət  prinsipi” mövzusunda maarifləndirici  tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin  əməkdaşı  Elvin İbrahimov,  Saatlı rayon Mustafabəyli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Nizaməddin Astanov, Saatlı şəhər “Yeni” məscidi dini icmasının imam müavini Mahir Əmirov, Mustafabəyli kənd  “İmam Əli”  məscidi dini icmasının mütəvəllisi Teymur Süleymanov,  dini icmanın üzvləri, dindarlar və gənclər iştirak ediblər.

Çıxışlarda milli-mənəvi dəyərlərin hər bir xalqın ən qiymətli sərvəti olduğu, Azərbaycan xalqının yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaların və dini ənənələrin özünəməxsusluğu ilə seçildiyi vurğulanıb. Azərbaycanda tarix boyu digər xalqlara və millətlərə hörmətlə yanaşıldığı diqqətə catdırılıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilməsindən, bu sahədə görülən işlərdən söhbət açılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.