Saatlı rayonunda maarifləndirmə tədbiri keçirilib
Avqustun 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçlığı ilə Saatlı rayonu Varxankənd kənd məscidi dini icmasında “Milli-mənəvi və dini dəyərlərimizi qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı rayonu Varxankənd kənd məscidi dini icmasının sədri Yadigar Aslanov, dini icmanın üzvləri, dindarlar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Varxankənd kənd məscidi dini icmasının sədri Yadigar Aslanov bildirib ki, qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalıb, bu dəyərləri əsrlərboyu yaşadıb.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov çıxış edərək Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərindən, Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin inkişafı üçün həyata keçirdiyi işlərdən söhbət açıb. O, xalqımızın mənəvi dünyasını zənginləşdirən, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamağın hər birimizin üzərinə düşən vəzifə olduğunu bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

