Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.07.2019

Saatlı rayonunda maarifləndirmə tədbiri keçirilib

İyulun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin  təşkilatçlığı ilə Saatlı rayonu Fətəlikənd kəndi  “Cümə” məscidi dini icmasının iştirakı ilə “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı rayonu Fətəlikənd “Cümə” məscidi dini icmasının sədri Əmir Əliyev, Fətəlikənd A.Çaxoyev adına tam orta məktəbinin direktor müavini Usman Aslanov, dini icmanın üzvləri, dindarlar və gənclər iştirtak ediblər.

Tədbiri giriş sözü ilə Saatlı rayonu Fətəlikənd “Cümə” məscidi dini icmasının sədri Əmir Əliyev ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və təbliği sahəsində görülən işlərdən bəhs edərək, müxtəlif dinlərin, xalqların və məzhəblərin nümayəndələrinin sülh, həmrəylik və qarşılıqlı hörmət şəraitində yaşadığını bildirib.

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışaraq qeyd edib ki, dövlət-din münasibətləri qanunverciliklə tənzimlənir. Natiq onu da vurğulayıb ki,  Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində həyata keçirilir. 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.