08.06.2016
Saatlı rayon Varxankənd “Cümə” məscidində iftar süfrəsi təşkil olunub
Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Ramazan ayında iftar süfrələrində maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə paytaxtda və bölgələrdə iftar süfrələri təşkil edilir.
İyunun 7-də Saatlı rayon Varxankənd “Cümə” məscidi dini icmasına ayrılmış vəsait hesabına kənd sakinləri üçün iftar süfrəsi təşkil edilib.İftar süfrəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə məsləhətçisi Elvin İbrahimov, Saatlı rayon Varxankənd“Cümə” məscidi dini icmasının sədri Yadigar Aslanov, Saatlı rayon Qrayevkənd “Cümə” məscdinin imamı İsmayıl Calalov, Saatlı rayon Varxankənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Əsədov Eyvaz, Saatlı rayon Varxankənd Ə.Şüküroğlu adına tam orta məktəbin direktoru Lətif Şimşəkov, dini icma üzvləri, kənd ağsaqqalları, ziyalı və gənclər iştirak ediblər.
Müqəddəs Qurani-Kərimdən ayələrin oxunması ilə başlanan tədbiri giriş sözü ilə Saatlı rayon Varxankənd“Cümə” məscidi dini icmasının sədri Yadigar Aslanov açaraq, mübarək Ramazan ayında Azərbaycan dövlətinin dindar vətəndaşlarımıza bu cür yüksək səviyyədə diqqət və qayğı göstərməsinin təqdirəlayiq olduğunu bildirib. Daha sonra Saatlı rayon Qarayevkənd “Cümə” məscdinin imamı İsmayıl Calalov Mübarək Ramazan ayının fəzilət və dəyərlərindən, onun vəhdət və birlik ayı olmasından, Qurani-Kərimin məhz bu ayda nazil olmasından, əhya gecələri və İslam dininin başqa dəyərlərindən geniş bəhs edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə məsləhətçisi Elvin İbrahimov çıxışında dindarların ibadəti üçün hər cür şəraitin yaradıldığını, dövlətin dinə diqqət və qayğısının təməlinin Ümummili Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.

.jpg)