Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.05.2018

Respublikamızda Ulu Öndərin 95 illiyinə həsr olunmuş tədbirlər keçirilir

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə paytaxtda və bölgələrdə silsilə tədbirlər keçirilir.
Mayın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xətai Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə şəhid Murad Hacıyev adına 116 saylı orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov, Fidan Aslanova, Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, məktəbin direktoru Gülnaz Kərimova, müəllim və şagirdlər iştirak ediblər.
İmişli rayonu Şahverdili kənd Fikrət Əmirov adına tam orta məktəbindəki tədbir Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbənin əməkdaşı Elbəy Dəmirov, məktəbin direktoru Xurşud Əliyeva və məktəblilərin iştirakı ilə keçirilib.
Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin hər zaman xalqına ləyaqətlə xidmət edib və Onun fəaliyyətinin öyrənilməsi hər bir vətəndaşın mənəvi borcudur. Çıxışlarda ölkəmizdə dövlət-din münasibətlərinin Ümummilli Lider tərəfindən böyük uzaqgörənliklə əsasının qoyulduğunu, bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini qeyd edilib. 
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında film izlənilib.