23.09.2016
Respublikamızda dini maarifləndirmə tədbirləri keçirilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən paytaxt və bölgələrdə tədbirlər həyata keçirilməkdədir. Sentyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbə məscidi dini icması tərəfindən “Dini ekstremizm və məzhəblərarası vəhdət” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Müşfiqabad qəsəbəsi 320 saylı tam orta məktəbdə keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, şöbənin əməkdaşları Aslan Sultanov və Vasif Musayev, Müşfiqabad qəsəbə məscidi dini icmasının sədri İlşad Süleymanov, məscidin imamı Şaiq Əliyev, məktəbin direktoru Namiq Cəfərov, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru N.Cəfərov dini maarifləndirmə işinin əhəmiyyətindən, gənclər arasında radikal dini təbliğata qarşı mübarizənin vacibliyindən söz açıb. O, adıçəkilən layihə vasitəsilə Müşfiqabad qəsəbəsində bu istiqamətdə müsbət mühitin yarandığını vurğulayıb.
Daha sonra çıxış edən Müşfiqabad qəsəbə məscidi dini icmasının sədri İlşad Süleymanov dövlət başçımıza dini icmaya göstərdiyi diqqət və qayğıya görə öz təşəkkürünü bildirib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini C.Əliyev İslamda ekstremizmə münasibət və məzhəblərarası vəhdətin əhəmiyyəti barədə geniş məruzə ilə çıxış edib. Bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri və ölkəmizdə mövcud olan məzhəblərarası vəhdət bütün dünya üçün bir nümunədir. Dini ekstremizmin dini, sosial və ictimai zərərləri haqqında məlumat verən C.Əliyev ölkəmizdə dini maaifləndirmə işinin yüksək səviyyədə təşkil edildiyini dinləyicilərin diqqətinə çatdırıb.
Müşfiqabad qəsəbə məscidinin imamı Şaiq Əliyev öz çıxışında İslamın ekstremizmə qarşı olduğunu, tam əksinə sülh və qardaşlıq dini olduğunu bildirib.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
.jpg)
.jpg)

.jpg)