01.03.2017
Respublikamızda dini maarifləndirmə tədbirləri davam etdirilir
Martın 1-də Masallı rayonu Çaxırlı kənd məscidi dini icmasının “Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” adlı layihəsi çərçivəsində “Multikulturalizm və məzhəblərarası dialoqun təşviqi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşları Kamil Bağırov, Ayıq Səmədov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazısı Mirqiyas Təhməzov, Çaxırlı kənd məscidi dini icmasının sədri Oruc Qurbanov, dindarlar, ziyalılar, ağsaqqallar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov açaraq, multikulturalizm və məzhəblərarası dialoqun əhəmiyyətindən və cəmiyyətdəki rolundan söhbət açıb. QMİ-nin bölgə qazısı Mirqiyas Təhməzov çıxışında dövlətimizin multikulturalizm dəyərlərinə verdiyi önəmdən və bu sahədə ötən il Masallı bölgəsində görülən işlərdən danışıb.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov, Çaxırlı kənd məscidi dini icmasının sədri Oruc Qurbanov və başqaları çıxış ediblər.
Sonda tədbir iştirakçılarına DQİDK-nın nəşr etdirdiyi kitabçalar və digər çap məhsulları paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımına əsasən keçirilib.
(91).jpg)
.jpg)
(126).jpg)