17.03.2016
Respublikamızda dini maarifləndirmə tədbirləri davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən maarifləndirmə tədbirləri davam etdirilir.
Martın 17-də Qusar rayonu Avaran kənd məscidi dini icması tərəfindən həyata keçirilən layihə çərçivəsində “İslam qardaşlıq dinidir” mövzusunda növbəti maarifləndirici tədbir baş tutub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elnur Ağasiyev , Qusar Rayon İcra Hakimiyyəti başçısının Avaran kənd İƏD-i üzrə nümayəndəsi Sabir Fərzəliyev, Avaran kənd tam orta məktəbin direktoru Nurulla Davudov, QMİ-nin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryəddin Rəhimxanov, Avaran kənd məscidi dini icmasının sədri və üzvləri, ağsaqqallar, gənclər və kənd ictimaiyyəti iştirak ediblər.
Qusar rayonu Avaran kənd məscidi dini icmasının sədri Əmrah Əmrahov İslam dininin birlik, bərabərlik və qardaşlıq dini olduğunu bildirib və din qardaşlığının üstünlüklərindən bəhs edib.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev Azərbaycanda ənənəvi İslam dininin tarixi və hal-hazırda yüksək səviyyədə olan dövlət – din münasibətlərindən danışıb.
***
Növbəti maarifləndirici tədbir isə martın 17-də Qazax “Cümə” məscidi dini icmasının “Dini ekstremizm və radikalizmin fəsadları” layihəsi çərçivəsində “Radikal dini cərəyanlara qarşı mübarizədə maarifləndirmənin rolu” mövzusunda birinci İşıqlı kəndində həyata keçirilib.
Tədbiri Qazax “Cümə” məscidi icmasının sədri açaraq radikalizmin fəsadları, ona qarşı mübarizə üsullarından bəhs edib.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Eldəniz Vəliyev isə radikalizmə qarşı mübarizədə maarifləndirmənin rolu və əhəmiyyəti barədə ətraflı məlumat verib.
