10.03.2016
Respublikamızda dini maarifləndirmə tədbirləri davam etdirilir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi “İmam Rza” məscidi dini icması tərəfindən “Vətən anlayışı və milli-mənəvi özünüdərk” layihəsi çərçivəsində martın 9-da tədbir keçirilib.Keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Novruz Nuriyev və Amal Məlikov, “İmam Rza” məscidi dini icmasının sədri Əmirxan Tahirov, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər. Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Novruz Nuriyev vətənpərvərliyin mahiyyəti və milli-mənəvi dəyərlərimizdəki yeri və rolundan bəhs edib. Sonda “İmam Rza” məscidi dini icmasının sədri Əmirxan Tahirov və ziyalılar mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
***
Martın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsin dəstəyi ilə Sumqayıt şəhər “Cümə” məscidi dini icmasının həyata keçirdiyi "Dini radikalizmə qarşı mübarizə yolları və milli mənəvi dəyərlərimiz" layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Yalçın Abdullayev, Sumqayıt şəhər “Cümə” məscidi dini icmasının sədri Rauf Sərdarov, dini icmanın üzvləri, dindarlar və gənclər iştirak edib. Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Rauf Sərdarov layihə çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən danışaraq, dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayırması barədə Cənab Prezidentin Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib. DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Yalçın Abdullayev zərərli dini cərəyanların ictimai-sosial həyatımıza mənfi təsirləri, ailə institutuna vurduğu zərbələr haqda geniş məlumat verib.
Qeyd edək ki, tədbirlər Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.

Qazax rayon Cümə məscidi dini icmasının “Dini ekstremizm və radikalizmin fəsadları layihəsi çərçivəsində” Qazax rayon mədəniyyət evində tədbir keçirilib. Tədbirdə Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Fərman Nağdalıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbənin müdiri vəzifəsini icra edən Eldəniz Vəliyev, Qazax rayonu prokurorunun baş köməkçisi Rafael Həsənov, DQİDK-nın baş məsləhətçisi Anar Əliyev, dindarlar, rayon hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.

.png)
.png)
.png)