18.02.2017
Respublikada dini maarifləndirmə tədbirləri davam etdirilir
Fevralın 17-də Tərtər rayon “Cümə” məscidi dini icması tərəfindən rayonun Seydimli kənd tam orta məktəbində "Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri" adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Seydimli kənd tam orta məktəbinin direktoru Nurəddin İbrahimov, Tərtər şəhər "Cümə" məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov, məktəbin müəllimləri, kənd ağsaqqalları, icma üzvləri və dindarlar iştirak ediblər.
Tədbirdə Tərtər RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov məruzə ilə çıxış edib. O bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib.
Daha sonra çıxış edən DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Seydimli kənd tam orta məktəbinin direktoru Nurəddin İbrahimov, Tərtər şəhər "Cümə" məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov və başqaları milli-mənəvi dəyərlərin təbliğinə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə təşəkürünü bildiriblər.
Qeyd edək ki, tədbir Prezident cənab İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə imzaladığı Sərəncama əsasən keçirilib.
.jpg)
(31).jpg)
(115).jpg)
(108).jpg)