Şriftin ölçüsü:

Saytın rəngi:

11.09.2015

Regionlarda “Sülh aylığı” çərçivəsində tədbirlər keçirilib

Ağcabədi şəhər “Cümə” məscidində “Sülh aylığı” çərçivəsində “Dindarlar sülh carçısı kimi” mövzusunda tədbir keçirilib. Tədbiri şəhər “Cümə” məscidinin axundu Mərdan Rzayev açaraq bildirib ki, hər il ölkəmizdə “Sülh aylığı” çərçivəsində tədbirlər təşkil edilir.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov qeyd edib ki, Prezident cənab İlham Əliyevin insan hüquq və azadlıqları müdafiəsinin səmərililiyini artırmaq sahəsində Milli Fəaliyyət Planının təsdiq olunması haqqında Sərəncamında əhalinin hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyə yol verilməməsi, sülh və dözümlülüyün daha da möhkəmləndirilməsi, xalqın milli-mənəvi dəyərlərinin təbliği tövsiyə olunur. Bu sərəncamla əlaqədar olaraq, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili  hər il “Sülh aylığı” tədbirləri həyata keçirir.
                                                                                                  ***
 
İsmayıllı rayonunda DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin və İsmayıllı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  “Sülh aylığı” çərçivəsində “Əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği” mövzusunda tədbir keçirilib. Tədbiri RİH-in Hüquq şöbəsinin müdiri Xətai Abbasov açaraq “Beynəlxalq sülh günü”nün və “Sülh aylığı”nın mahiyyətini izah edi. İsmayıllı rayon Məhkəməsinin hakimi Azad Əliyev “Əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə təminatı” mövzusunda geniş məruzə ilə çıxış edib.
Tədbir iştirakçılarından İsmayıllı rayon “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurov, Topçu kənd məscidi dini icmasının sədri Rəşid Məmmədov da məsələyə öz münasibətlərini bildiriblər. Tədbirin sonunda məruzəçilər tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.
                                                                                       
                                                                                             ***
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı  bölgəsi üzrə şöbəsi və Masallı rayon İcra Hakimiyyəti  birlikdə “Beynəlxalq sülh aylığı” çərçivəsində Masallı şəhər “Gənclər evi”ndə “İslamın sülh və vəhdət missiyası” adlı tədbir keçirib. Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Moryəhya Bədirov, şöbənin baş məsləhətçisi Kamil Bağırov, Masallı RİH-in məsul işçisi Qəşəm Hadıyev, Masallı Gənclər və İdman idarəsinin rəisi Camal Manafov, dini icma sədrləri, axundlar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov 21 sentyabr “Beynəlxalq sülh günü” haqqında məlumat verib. O, bildirib ki, ölkəmizdə sülh və əminamanlığın yaradılmasının əsasını Ulu Öndər Heydər Əliyev  qoyub. Hazırda isə onun sülhpərvər siyasətini Prezident cənab İlham Əliyev uğurla davam etdirərək, həm ölkəmizdə sülh və sabitliyin qorunmasına, həm də dövlətimizin xarici ölkələrlə dostluq və qardaşlıq əlaqələri qurmasına layiqlə xidmət etməsini önə çəkib.
Daha sonra Masallı Rayon Gənclər və İdman idarəsinin rəisi Camal Mazanov, Masallı Rayon İcra Hakimiyyəti aparatının məsul işçisi  Qəşəm Hadıyev, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov çıxış ediblər.