Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.02.2016

“Radikalizmin cəmiyyətə gətirdiyi bəlalar” mövzusunda tədbir keçirilib

Fevralın 22-də Qazax Cümə məscidi dini icmasının “Dini ekstremizmin və radikalizmin fəsadları” layihəsi çərçivəsində “Radikalizmin cəmiyyətə gətirdiyi bəlalar” mövzusunda tədbir keçirilib.Tədbiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsinin şöbə müdiri vəzifəsini icra edən Eldəniz Vəliyev  açaraq, Azərbaycandakı mövcud dini durum, dövlətin bu sahəyə qayğısı, ölkəmizdə radikalizm meyillərinin yaranmasının səbəbləri, fəsadları barədə geniş məlumat verib. Şöbə müdiri eləcə də radikalizmin cəmiyyətə, ailələrə gətirdiyi bəlalar və fəsadlardan danışıb. Qazax Cümə məscidi dini icmasının sədri İlham Süleymanov vətəndaşlarımızı qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən çəkindirmə yollarından bəhs edib.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.