Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.06.2017

“Radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolu” mövzusu Masallıda müzakirə edilib

Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixdə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndərmək məqsədi ilə  Masallı rayonu Ərkivan qəsəbə “Həzrət Əli” məscidi dini icmasının maliyyələşdirilmiş “Radikalizm və ekstremizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolu” layihəsi çərçivəsində Əlvan Bağırov adına Ərkivan qəsəbə 4 saylı tam orta məktəbində “Radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  (DQİDK)  Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, məktəbin direktoru Məmmədağa Sadıqov,  Masallı Rayon Təhsil şöbəsinin metodisti Əyyar Bürhanov, Ərkivan qəsəbə “Həzrət Əli” məscidi dini icmasının sədri Yasər Cahangirov, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Məmmədağa Sadıqov ölkə rəhbəri cənab İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə imzaladığı məlum Sərəncamın əhəmiyyətindən söhbət açıb. O bildirib ki, dini etiqad azadlığı ilə bağlı normativ-hüquqi aktların icrasının təmin olunmasına  nəzarət, konfessiyalar arasında dözümlülük ənənəsinin möhkəmləndirilməsi, tarixi-dini abidələrimizin bərpası və qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilib.   
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov vurğulayıb ki, gənclərimizin radikalizmə və digər zərərli vərdişlərə qarşı mübarizədə rolu danılmazdır. Bu sahədə onların apardığı tədbirlər öz bəhrəsini verir. Natiq daha sonra radikalizm və ekstremizmə qarşı mübarizəyə İslam həmrəyliyi kontekstindən yanaşaraq dövlətimizin İslam həmrəyliyi sahəsində nailiyyətlərindən söhbət açıb.
Digər çıxış edənlər radikalizm və ekstremizmin fəsadlarından danışaraq hər kəsi birgə mübarizəyə səsləyiblər.