“Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda videokonfrans keçirilib
Mayın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Sabirabad Rayon İcra Hakimiyyəti (RİH), Sabirabad Rayon Gənclər və İdman İdarəsi və Rayon Təhsil şöbəsinin birgə təşkilatçlığı ilə “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda videokonfrans keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Bəhrəm Ədalətoğlu, Sabiarabad RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə aparıcı məsləhətçisi-psixoloqu Nazim Sultanov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Sabirabad Rayon Təhsil şöbəsinin müdir müavini Azər Quliyev, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov bildirib ki, gənclərin radikal və ekstremist cərəyanların təsirinə düşməməsi üçün maarifləndirici tədbirlərin keçirilməsi mütləqdir. Qeyd edib ki, cəmiyyətin davamlı şəkildə inkişafının təmin olunması təhsil və maarifləndirmənin, habelə bu istiqamətdə aparılan tədqiqatların tətbiq mexanizmi ilə bilavasitə əlaqədardır.
Daha sonra çıxışlarda ölkəmizdə mövcud olan nümunəvi dövlət-din münasibətləri haqqında ətraflı məlumat verilib, bu günün gənclərinin gələcək nəslin davamçıları olaraq dini radikalizm və dini ekstremizm barəsində məlumatlı olmasının vacibliyi vurğulanıb.

