25.02.2015
Radikal dini cərəyan və təriqətlərə qarşı hamılıqla mübarizə aparılmalıdır
Xocavəndli məcburi köçkünlər üçün Beyləqan rayonu ərazisində salınmış “Xocavənd” qəsəbəsindəki mədəniyyət evində gənclərin iştirakı ilə “Dini dəyərlər və gənclik” mövzusunda konfrans keçirilib.
Tədbir gəncləri milli-mənəvi və dini dəyərlərə hörmət etməyə, radikal və qeyri-ənənəvi dini cərəyan və təriqətlərə qoşulmamağa səsləmək, ölkəmizdə tolerantlıq ənənəsinin qorunması istiqamətində görülən işlər barədə məlumatlılığı artırmaq məqsədi daşıyıb.
Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, rayon gənclər və idman idarəsinin rəisi Aslan Quliyev, Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı İctimai Birliyinin sədri Zaur Quliyev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Qarabağ şöbəsinin müdiri Əlizadə Nəcəfov və başqaları çıxış edərək, Azərbaycanda əsrlər boyu formalaşan və bu gün dünyaya örnək olan tolerantlıq mühitindən, milli mənəvi dəyərlərin qorunub saxlanılması, yad dini ideologiya və radikalizm meyillərinin qarşısının alınması məsələlərindən, dövlət-din münasibətlərindən danışıblar. Bildirilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə tarixi-dini abidələr bərpa edilir, insan hüquq və azadlıqlarına, xüsusilə vicdan və dini etiqad azadlığının bərqərar olunmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına böyük önəm verilir. Ölkəmizdə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş üçün demokratik-hüquqi və mədəni-mənəvi şərait yaradılıb. Bu gün Azərbaycan dini dözümlülük və tolerantlıq baxımından bütün dünyaya nümunə göstərilir.
Qeyd olunub ki, bu şəraitdən sui-istifadə edən bəzi radikal dini cərəyan və təriqətlər gənclərin mənəvi duyğularını istismar etməklə onlardan müxtəlif məqsədlərlə istifadə olunmasına çalışırlar. Belə halların qarşısının alınması üçün hamılıqla mübarizə aparılmalıdır. Bunun üçün hər şeydən əvvəl cəmiyyətdə dini maarifləndirmə işi gücləndirilməlidir. Bu işdə ağsaqqalların, dindarların və ziyalıların üzərinə mühüm vəzifələr düşür.
Konfransda iştirak edən gənclər mövzu ilə bağlı fikirlərini bildiriblər.