Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.09.2017

Qusarda dini marifləndirmə tədbiri keçirilib

Sentyabrın 27-də Qusar rayonu Quxuroba kəndində Qusar şəhəri “Mustafa Kazdal” məscidi dini icmasının “Azərbaycanda İslam həmrəyliyi: milli-mənəvi dəyər kimi” layihəsi çərçivəsində  “Azərbaycanın multikulturalizm modeli” mövzusunda növbəti tədbir keçirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, Qusar rayon İcra Hakimiyyəti başçısının Quxuroba kənd inzibati ərazi vahidliyi üzrə nümayəndəsinin müavini Sadir Qədirov, Quxuroba kənd tam orta məktəbinin direktor müavini Urfan Vəlixanov, “Mustafa Kazdal” məscidi dini icmasının sədri Fəryaddin Rəhimxanov, Quxuroba kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Quxuroba kənd tam orta məktəbinin direktor müavini Urfan Vəlixanov mövzunun əhəmiyyətindən danışıb.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev tədbirdə çıxış edərək qeyd edib ki, Azərbaycanda mövcud olan ənənəvi İslamın  xüsusiyyətləri dünyanın digər İslam ölkələri üçün mütərəqqi nümunədir. 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamı dövlətimizin İslam Həmrəyliyinə böyük bir töhfəsidir. Ölkəmizdə mədəni müxtəliflik və tolerant mühüt şəraitində mövcud olan qardaşlıq və birlik digər ölkələr tərəfindən də təqdir edilir. Müxtəlif xalqların və dini konfessiyaların birlikdə, qarşılıqlı anlaşma şəraitində yaşaması multikultural və tolerant dəyərlərin ən bariz nümunəsidir. 
Qusar şəhəri “Mustafa Kazdal” məscidi dini icmasının sədri Fəryaddin Rəhimxanov ölkəmizdə dini sahədə həyata keçirilən ideoloji işin müsbət təsirindən bəhs edərək bildirib ki, radikalizmə meyillənmə halları xeyli azalıb, əsrlərlə mövcud olan ənənəvi dini inanclara hörmət hissi daha da artıb.  Ölkəmizdə müxtəlif xalqların və dini konfessiyaların birlikdə qarşılıqlı anlaşma şəraitində yaşaması multikultural və tolerant dəyərlərin ən bariz nümunəsidir. 
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.